IMG-LOGO

Burkina-Fasonun nümayəndə heyəti WUF13-ü təcrübə mübadiləsi üçün mühüm platforma adlandırıb

18 May 2026 10:47 2 baxış
IMG

Burkina-Fasonun nümayəndə heyəti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) şəhər inkişafı sahəsində qabaqcıl beynəlxalq təcrübə və müasir praktikaların öyrənilməsi üçün əsas platforma kimi qiymətləndirir.

Bu barədə "Report"a nümayəndə heyətinin üzvləri qlobal forumun kuluarlarında bildiriblər.

Onların fikrincə, WUF13-də iştirak Burkina-Faso üçün dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunan şəhərsalma metodları ilə tanış olmağa, həmçinin yeni ideyaları milli inkişaf proqramlarına inteqrasiya etməyə imkan yaradır.

"Biz bu forumu gözləyirdik. Biz daha çox öyrənmək və toplanmış təcrübəni bölüşmək istəyirik. Bu, şəhər inkişafı sahəsində gündəliyimizi əhəmiyyətli dərəcədə zənginləşdirməyə imkan verəcək", - Burkina-Faso nümayəndə heyətinin üzvləri vurğulayıb.

Xəbər lenti