IMG-LOGO

Fuad Kərimli: Gələcəyin şəhərlərinin dayanıqlı inkişafı üçün su ehtiyatları düzgün idarə edilməlidir

18 May 2026 10:57 2 baxış
IMG

Gələcəyin şəhərlərinin dayanıqlı inkişafı üçün su ehtiyatlarının düzgün idarə edilməsi zəruridir.

"Report" xəbər verir ki, bunu Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli WUF13 çərçivəsində təşkil edilən Qlobal Cənub QHT Platformasının pavilyonunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, panel müzakirələrində Pakistan, Livan, Nigeriya və Oman nümayəndələri iştirak ediblər:

"Tədbirdə Qlobal Cənub QHT Platformasının panelistləri iştirak ediblər. Çıxışlar zamanı su resurslarının qeyri-effektiv idarə olunmasının qadınlara və gənclərə təsiri barədə fikir mübadiləsi aparılıb. Panel iştirakçıları gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu da diqqətə çatdırıblar. Həmçinin şəhərlərin düzgün qurulmamasının qadın və uşaqlara təsirindən danışıblar".

F.Kərimli bildirib ki, çıxışçılar azad edilmiş ərazilərə səfər çərçivəsində Zəngilan rayonunun Ağalı "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olublar:

"Qonaqlar orada gələcəyin şəhər və kənd modellərinin necə qurulmalı olduğuna dair müşahidələrini bölüşüblər. Panel iştirakçıları Azərbaycanın həyata keçirdiyi bu cür innovativ layihələri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə təşəkkür ediblər. Həmçinin vurğulanıb ki, "Ağıllı şəhəır" istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və onların tərəfdaşları bu təcrübələri öz ölkələrində tətbiq etməyə çalışacaqlar".

Xəbər lenti