Alimlər insanların demək olar ki, hamısının gördüyü ortaq yuxuları müəyyənləşdirib və bu qəribə fenomenə izah veriblər.
Qəribə yuxular uzun illərdir insanların marağına səbəb olur. Yeni internet axtarış məlumatları isə bu cür gecə təcrübələrinin əslində nə qədər geniş yayıldığını göstərib.
Lent.az xarici mediaya ki, dünyada milyonlarla insan qeyri-adi yuxuların mənasını öyrənməyə çalışır. Maraqlısı budur ki, bəzi yuxu süjetləri müxtəlif ölkələrdə təkrar-təkrar ortaya çıxır və çox sayda insanda eyni şəkildə müşahidə olunur.
Araşdırma çərçivəsində mütəxəssislər müxtəlif ölkələrdə ən çox görülən yuxu mövzularını təhlil edib və qlobal oxşarlıqları müqayisə ediblər. Nəticədə məlum olub ki, bir sıra regionlarda ən çox rast gəlinən yuxular arasında ilanlarla bağlı yuxular ilk sıralarda yer alır.
Məsələn, Braziliyada ilanlarla bağlı axtarışlar ay ərzində təxminən 352 min, Türkiyədə isə 214 minə yaxın olub. Tədqiqatçıların fikrincə, zəhərli ilanların real təhlükə yaratdığı bölgələrdə bu cür yuxular insanlarda daha çox maraq doğurur və bu, təbii qorxu hissi ilə əlaqələndirilir.
Lakin həm Avropada, həm də ABŞ-də ən populyar yuxu mövzusu dişlərin tökülməsi ilə bağlı olub. Təkcə ABŞ-də insanlar bu cür yuxular barədə ayda təxminən 81 min dəfə axtarış ediblər.
Amerikalılar arasında digər məşhur yuxular isə tətil, ayılar və hörümçəklərlə bağlı olub.
Müxtəlif dövrlərdə və mədəniyyətlərdə bu cür yuxular ölüm, xəstəlik və ya itkilərlə əlaqələndirilib.
Sonrakı illərdə daha praktik izahlar ortaya çıxıb. 1960-cı illərdə bəzi psixoloqlar belə yuxuları qocalmaq və fiziki imkanların zəifləməsi ilə bağlı narahatlıqlarla əlaqələndirirdilər.
1984-cü ildə aparılan kiçik bir araşdırmada isə alimlər diş tökülməsi ilə bağlı yuxuları tez-tez görən insanları uçmaqla bağlı yuxular görənlərlə müqayisə ediblər.
Tədqiqatçılar diş tökülməsi yuxularının qocalmaq qorxusu ilə birbaşa əlaqəsini təsdiqləyən ciddi sübut tapa bilməyiblər. Onların fikrincə, bu cür yuxular daha çox gücsüzlük hissini və ya vəziyyətə nəzarəti itirmək qorxusunu əks etdirir.
yuxu qeyri-adi yuxular