IMG-LOGO

"Çelsi" və "Liverpul" "Sanderlend"in qapıçısı Robin Rufsu transfer etmək istəyir

18 May 2026 09:44 2 baxış
IMG

İngiltərənin "Çelsi" və "Liverpul" klubları "Sanderlend"in qapıçısı Robin Rufsu heyətinə qatmaq istəyir.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri yayda 23 yaşlı qolkiperin keçdini başa çatdırmaq niyyətindədirlər.

"Sanderlend" futbolçu üçün təxminən 60 milyon avro tələb edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Xatırladaq ki, Robin Rufs cari mövsüm 36 matçda 46 qol buraxıb və 11 dəfə qapısını toxulmaz saxlayıb.

Xəbər lenti