IMG-LOGO

Rusiyadakı Azərbaycan mafiyası ilə bağlı YENİ XƏBƏR - Silahla evə hücum ediblər

30.11.2023 21:45 72 baxış
IMG

 

Sankt-Peterburqda müstəntiqlər yoldan keçənlərə hücum edən və özünü “Azərbaycan mafiyası” adlandıran dəstə ilə bağlı yeni epizod qeydə alıblar. 

Lent.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarənin məlumatına görə, fevralın 11-də dəstə üzvləri əllərində tapança və bıçaqla Peterhof şəhərinin Çebışevskaya küçəsindəki mənzilə daxil olaraq orada yaşayan insanlara hücum ediblər.

Evdəkiləri döyüb 100 min rubl pul tələb ediblər. Zərərçəkənlər həmin məbləğin onlarda olmadığını bildiriblər. Sonra onların əmlakı oğurlanıb.

Xatırladaq ki, mafiyanın rəhbəri hesab olunan Tural Məmmədov Azərbaycanda saxlanılaraq Rusiyaya təhvil verilib. 

 

Xəbər lenti