IMG-LOGO

"Smart Sylvan": Yaşıl infrastruktur mənzilin dəyər zəncirinin qalan hissəsi ilə eyni ölçüdə olmalıdır

17 May 2026 16:30 5 baxış
IMG

Yaşıl infrastruktur mənzilin dəyər zəncirinin qalan hissəsi ilə eyni ölçüyə malik olmalıdır.

"Report" xəbər verir ki, bunu Almaniyanın "Smart Sylvan" şirkətinin baş icraçı direktoru Parisa Closs Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, bu ölçünün mərkəzində insanlar dayanmalıdır: "Belə olacağı təqdirdə həqiqi dəyişiklikləri izləmək mümkün olacaq. Bura insanların gözlədiyi, gəzdiyi və toplandığı yerlərdə istilik təsirinin azaldılması, onların ən çox təsirə məruz qaldığı vaxtlarda kölgə saatları, soyutma tələbatının azaldılması, daha aşağı sağlamlıq riskləri, aktivlərin daha yaxşı uzunmüddətli istismar xüsusiyyətləri və bir çox digər üstünlüklər daxildir".

Qonaq əlavə edib ki, əsl dəyişikliklər yalnız texnologiya işlədikdə baş vermir: "Onlar biznes, əməliyyat modeli və maliyyələşdirmə məntiqi olduqda baş verir. Mənzil yalnız başın üstündə dam təmin etmək deyil. O, həm də insanların təhlükəsiz, rahat və ləyaqətlə yaşaya biləcəyi yerdir. Problem yaşıl infrastrukturun iqtisadi əsaslandırmasının olmaması deyil, bu əsaslandırmanın çox vaxt enerji, səhiyyə, dayanıqlılıq və aktivlərin uzunmüddətli dəyəri kimi digər büdcələrdə gizlənməsidir".

P. Closs hesab edir ki, mənzil dəyər zəncirində üç şeyi dəyişmək lazımdır: "Birincisi, iqlim rahatlığı çox daha erkən inteqrasiya olunmalıdır. Gec mərhələdə landşaft əlavəsi kimi deyil, ərazinin planlaşdırılmasının, ictimai məkanın, enerjinin, mobilliyin və uzunmüddətli istismarın bir hissəsi kimi. İkincisi, biz yaşıllaşdırmanın kvadrat metrini ölçməkdən müdafiə saatlarını ölçməyə keçməliyik. Yəni nə qədər yaşıllaşdırma nəzərdə tutulub, əvəzinə neçə insan istidən qorunur, neçə saat kölgə təmin olunur və pik istilik dövründə hansı yerlər istifadəyə yararlı qalır və s. sualları qoymalıyıq. Üçüncüsü, tətbiq modul və maliyyə baxımından realist olmalıdır. Münasib mənzil yüksək riskli innovasiyaları birdəfəlik mənimsəyə bilməz, buna görə də həllər praktik şəkildə başlamalı və zamanla müxtəlif səviyyələrdə inkişaf etməlidir".

Xəbər lenti