Dövlət tələbləri emal edilmiş alüminium kimi dövri materialların istifadəsini əlverişsiz vəziyyətə qoyur.
"Report" xəbər verir ki, bunu Rusiyanın "Rusal" şirkətinin departament rəhbəri Aleksey Spirin Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, bu onunla əlaqədardır ki, tələblər hələ də materialı bütün dəyər zənciri əsasında deyil, kapital xərcləri əsasında qiymətləndirir: "Təəssüf ki, heç kim ümumi xərclər haqqında düşünmür. Əgər nəsə gəlirlidirsə, bu, istənilən halda həyata keçiriləcək. Əgər gəlirli deyilsə, hər hansı məhdudiyyətlər və ya maneələr varsa, o zaman istifadə üçün müəyyən motivasiya lazımdır. Belə motivasiyalardan biri tikinti standartları ola bilər. Məsələn, çox az ölkə tətbiq edilmiş karbon baxımından belə standartlardan istifadə edir. Avropada yalnız beş ölkə belə standartları tətbiq edir. Əgər orada tikinti aparırsınızsa, tikintiyə aid olan bu tələbi yerinə yetirməlisiniz. 2031-ci ilə qədər buna nail olmalısınız və bu, 2022-ci il səviyyəsi ilə müqayisədə emissiyaları təxminən 30 % azaltmağa imkan verəcək".
Qonaq hesab edir ki, hökumətlər yaxşı niyyət göstərməli, belə materiallarla tikinti üçün normativlər və ya standartlar müəyyən etməlidirlər: "Bu olmadan tikinti şirkətlərin düşüncə tərzini dəyişmək çətin olacaq. O, bizə irəli getməyə kömək edəcək".