IMG-LOGO

PwC: Özəl sektor çətinliklərə baxmayaraq mənzil tikintisini davam etdirir

17 May 2026 14:31 3 baxış
IMG

Dövlət qurumlarının ev tikintisi ilə bağlı icazələri gecikdirməsi əlçatan mənzil təminatına maneədir.

"Report" xəbər verir ki, bunu "PwC Azərbaycan" audit şirkətinin direktoru Günel Sadiyeva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.

"Əlçatan mənzil təminatını və özəl sektorun cəlb olunmasını kənara qoysaq belə, tikinti sahəsində bəzən dövlət qurumlarının səmərəli olmadığını, bəzi icazələrin verilməsində və ya digər məsələlərdə gecikmələrə yol verdiyini etiraf etməliyik. Bu problemlər mövcuddur. Ancaq bütün bu faktlara baxmayaraq, özəl sektor yenə də fəaliyyət göstərir. Onlar öz şəxsi layihələrini inkişaf etdirməyə davam edirlər", - deyə o qeyd edib.

Bundan başqa, G.Sadiyeva deyib ki, özəl vəsaitləri tikinti sektoruna cəlb etmək üçün dövlət bütün prosedurları 100% sadələşdirməlidir.: "Hər şey rəvan olmalıdır. Özəl investorlar üçün prosedurların necə işləməsi, dəqiq zaman qrafikinin olması, hər hansı güzəştlərdən daha önəmlidir. Yəni daha çox sabitlik lazımdır. Avropa İttifaqı səviyyəsində özəl sektorun cəlb edilməsi ilə bağlı böyük işlər görülür. Onlar beynəlxalq maliyyə qurumlarını cəlb etməyə, özəl sektor üçün strategiyalar təqdim etməyə çalışırlar. Ümumilikdə özəl sektorla bu cür əməkdaşlığın bir çox nümunələri var. Sadəcə özəl sektorun necə iştirak edə biləcəyi, bunun onlara nə qazandıracağı barədə daha çox maarifləndirməyə, daha çox məlumata ehtiyac var".

Xəbər lenti