IMG-LOGO

Eritreya Qarabağda və Şərqi Zəngəzurda tikinti-bərpa işlərinin miqyasını yüksək qiymətləndirib

17 May 2026 13:50 3 baxış
IMG

Eritreya Qarabağda və Şərqi Zəngəzurda tikinti-bərpa işlərinin gedişatına heyran qaldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Eritreyanın Keniyadakı səfiri Beyene Russom Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxış edərkən bildirib.

"Eritreya kənd və aqrar ərazilər də daxil olmaqla, şəhərlərin və infrastrukturun bərpası sahəsində oxşar təcrübəyə malikdir. Səmərəli bərpa şəhər mərkəzləri ilə kənd icmaları arasındakı əlaqələrin yenidən canlanmasına kömək edir. Bu baxımdan Eritreya SCUPA, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Bakı İqlim və Sülh Fəaliyyəti Fondunun rəhbərliyi altında həyata keçirilən Təhlükəsiz Qayıdış Həlləri Təşəbbüsü (SRP) çərçivəsində "Təhlükəsiz qayıdış üçün ağıllı dayanıqlı yaşayış məntəqələri" paketinin işə salınmasını alqışlayır", - səfir vurğulayıb.

"Biz qeyri-sabitlik və münaqişədən sonrakı vəziyyətlərdə iqlimə davamlı və dinc bərpanın standartlaşdırılması üçün könüllü rəhbər prinsiplərin işlənib hazırlanmasına yönəlmiş bu təşəbbüsün məqsədlərinə dəstəyimizi ifadə edirik.

Bu istiqaməti irəli aparmaq üçün işçi qrupunun formalaşdırılmasına, həmçinin bu layihənin həyata keçirilməsi məqsədilə iqlim maliyyəsinə və inkişafın maliyyələşdirilməsinə çıxışın asanlaşdırılmasına çağırırıq", - diplomat vurğulayıb.

Xəbər lenti