IMG-LOGO

Amna Alrumaihi: "Dayanıqlı şəhər təhlükəsiz cəmiyyət üçün strateji zərurətdir"

17 May 2026 12:58 4 baxış
IMG

Dayanıqlı şəhərlərin salınması cəmiyyətlərin təhlükəsizliyinin təmin edilməsi üçün strateji zərurətdir.

"Report" xəbər verir ki, bunu Bəhreynin mənzil tikintisi və şəhər planlaşdırması naziri Amna Alrumaihi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, dayanıqlı şəhərlər konsepsiyası sadəcə mənzil və ekoloji çətinliklərdən daha geniş anlam kəsb edir: "Şəhərlər istənilən fövqəladə hallara hazır olmalıdır. Odur ki, dayanıqlı şəhərlərin salınması cəmiyyətlərin təhlükəsizliyinin təmin edilməsi və onların görünməmiş hadisələrlə üzləşmək qabiliyyətinin artırılması üçün strateji bir zərurətdir".

O qeyd edib ki, Bəhreyn mənzil, şəhərsalma və infrastruktur sektorları ilə bağlı siyasətini inkişaf etdirməyə davam edəcəyinə və gələcək nəsillər üçün daha dayanıqlı, inklüziv şəhərlərin mövcudluğunu təmin etmək məqsədilə beynəlxalq tərəfdaşlığını gücləndirəcəyinə dair öhdəliyini bir daha təsdiqləyir.

Xəbər lenti