İyunun 30-da, saat 11:00-da "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2025-ci ildəki maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatın təsdiq edilməsi, Direktorlar Şurasının tərkibinin yenidən müəyyən olunması və digər məsələlər daxildir.
Xatırladaq ki, "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,966 milyon manatdır. Şirkətin səhmlərinin 96 %-i "LOTOS-S" MMC-yə, 4 %-i isə 400-dən çox fiziki şəxsə məxsusdur.