IMG-LOGO

Nazir: "Malayziya Azərbaycanla "ağıllı şəhərlər" təşəbbüsünü inkişaf etdirməkdə maraqlıdır" - EKSKLÜZİV

17 May 2026 10:00 2 baxış
IMG

Malayziya Azərbaycanla "ağıllı şəhərlər" və "ağıllı kəndlər" təşəbbüsləri çərçivəsində tərəfdaşlıqda maraqlıdır.

Bu barədə "Report"a Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

"Biz Azərbaycanla bu istiqamətdə, o cümlədən ağıllı regionların formalaşdırılmasında mühüm əməkdaşlıq potensialı görürük. Azərbaycanın bu yola qədəm qoyduğunu görməkdən ruhlanırıq və şadıq. Biz, sözsüz ki, bu prosesin bir hissəsi olmaq istərdik. "Ağıllı şəhərlər"in inşası – xüsusilə karbon-neytral iqtisadiyyata can atdığımızı nəzərə alsaq, irəliyə doğru hərəkətdir. "Ağıllı şəhər" məhz lazım olan həll yoludur. Malayziya isə öz növbəsində 2035-ci ilə qədər süni intellekt ölkəsinə çevrilməyi qarşısına məqsəd qoyub. Buna görə də dost ölkələr olaraq Azərbaycan və Malayziya arasında tərəfdaşlıq məkanı hər iki tərəf üçün həmişə açıq qalır", - nazir deyib.

N.Kor Minq qeyd edib ki, Malayziya tərəfi Ümumdünya Şəhərsalma Forumunun builki əsas mövzusuna uyğun olaraq dayanıqlı və dözümlü şəhərlərin formalaşmasına kömək edə biləcək istənilən strateji qarşılıqlı fəaliyyəti alqışlayır.

"Bununla əlaqədar ümid edirik ki, hər bir insanın oranı öz evi adlandıra bilməsi və xəyallarını gerçəkləşdirməsi üçün Azərbaycan əhalinin rifahının yüksəldilməsi, daha layiqli və əlçatan mənzillərin tikintisi işində nümunə olmağa davam edəcək", - o əlavə edib.

Xəbər lenti