Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
"Report" xəbər verir ki, təşkilatın baş direktoru üzv dövlətlərlə məsləhətləşmələrdən sonra Bundibuqio virusunun yaratdığı xəstəliklə bağlı müvafiq qərar qəbul edib.
ÜST bunun pandemiya deyil, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət olduğunu vurğulayıb.
Təşkilatın məlumatına görə, Konqo Demokratik Respublikasının üç rayonunda xəstəliklə əlaqəli olduğu ehtimal edilən 80 ölüm hadisəsi, eləcə də 246 yoluxma halı qeydə alınıb ki, bunlardan səkkizi laboratoriyada təsdiqlənib. Uqandada iki yoluxma hadisəsi qeydə alınıb ki, onlardan biri ölümlə nəticələnib.