IMG-LOGO

İsraildə "Tomer" müdafiə şirkətinin poliqonunda partlayış olub

17 May 2026 07:56 4 baxış
IMG

İsraildə, Qüds ətrafındakı Beyt-Şemeş şəhəri yaxınlığında dövlətə məxsus "Tomer" müdafiə şirkətinin sınaq poloqonunda güclü partlayış baş verib.

"Report"un "Times of Israel" qəzetinə istinadən məlumatına görə, hadisə əvvəlcədən planlaşdırılmış sınaq nəticəsində baş vermiş ola bilər.

Raket mühərrikləri və sursatları hazırlayan "Tomer" şirkəti partlayışın plana uyğun olaraq həyata keçirilən əvvəlcədən planlaşdırılmış təcrübə olduğunu bildirib.

Xəbər lenti