IMG-LOGO

Zəvvar: Həcc ziyarətində Azərbaycanla, xalqımızla bağlı çoxlu dualar edəcəm

17 May 2026 04:48 2 baxış
IMG

Həcc ziyarəti zamanı ölkəmizlə, xalqımızla bağlı çoxlu dualar edəcəm; Allah ölkəmizi, xalqımızı qorusun.

Bu sözləri "Report"a açıqlamasında Həcc ziyarətinə yola düşən zəvvar Kərəm Əliyev deyib.

"Dualar edəcəyəm ki, ölkəmizdə xeyir-bərəkət daha da bol olsun. Dünyada sülh olsun.

Həcc ziyarətinə anamla gedirəm. Xoş hisslərdir. İkimiz də ilk dəfədir Həccə gedirik. Allah bu ziyarəti arzusunda olan hər kəsə qismət eləsin", - o deyib.

Bu gün Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək. Zəvvarlar Heydər Əliyev Hava Limanından Həccə gedəcəklər.

Qeyd edək ki, mayın 27, 28-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Xəbər lenti