IMG-LOGO

Alonso “Çelsi”nin baş məşqçisi olacaq

17 May 2026 02:31 3 baxış
IMG
0 0

İspaniyalı mütəxəssis Xabi Alonso İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi olacaq.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Bildirilib ki, tərəflər arasında müqavilə 4 illik nəzərdə tutulub.

Məlumata görə, Alonso yaxın günlərdə Londona gedəcək və təyinatının rəsmi açıqlanacağı gözlənilir.

44 yaşlı mütəxəssis daha əvvəl Almaniyanın “Bayer” klubunu çalışdırıb və komandanı tarixində ilk dəfə Bundesliqanın çempionu edib.

Xabi Alonso Çelsi

Xəbər lenti