IMG-LOGO

İtaliyada avtomobil izdihama çırpılıb, azı 10 nəfər xəsarət alıb

16 May 2026 23:31 6 baxış
IMG

İtaliyanın şimalındakı Modena şəhərində avtomobil insanlara çırpılıb, azı 10 nəfər xəsarət alıb.

"Report" "Il Giornale" qəzetinə istinadən xəbər verir ki, avtomobili 31 yaşlı kişi idarə edib.

Nəşrin məlumatına görə, sürücü saxlanılarkən qaçmağa cəhd edib və ona mane olmağa çalışan şəxsə bıçaq xəsarəti yetirdiyi ehtimal olunur.

Xəsarət alanların sayı dəqiqləşdirilir. Bildirilir ki, xəsarət alanlardan biri hər iki ayağının amputasiyası ilə nəticələnən ağır travmalar alıb.

"Gazzetta di Parma" sürücünün "Citroën C3" avtomobilinin sükanı arxasında olduğunu yazıb.

Xəbər lenti