IMG-LOGO

İbrahim Həsənov U-17 Avropa çempionatının finalına yüksəlib

16 May 2026 22:23 2 baxış
IMG

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatının altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, İbrahim Həsənov (51 kq) ukraynalı Boqdan Kazakov (10:0), rusiyalı Xalid Sonqurbekov (12:0) və belaruslu Yanis Şapartauya (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib.

İbrahim həlledici görüşdə türkiyəli Muhammed Gölhayla üz-üzə gələcək.

Tunar Həsənov (45 kq) gürcüstanlı Mkrtiç Canamyanı (3:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Marko Kvasniuka (0:2) məğlub olub. Tunar sabah bürünc medal uğrunda türkiyəli Buğra Eldemirlə güləşəcək.

Vahid Məmmədov (60 kq) ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Tunar Quliyev (71 kq) debütdə ermənistanlı Avetik Tutxalyana (2:15) uduzub.

Elgün Kərimli (92 kq) ermənistanlı Artur Mkrtçyana (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanovla bacarmayıb – 4:15. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.

Xəbər lenti