Yaponiyanın “Konami” oyun şirkəti Rusiya və Belarusda xidmətlərini dayandıracağını elan edib.
Lent.az xəbər verir ki, bu barədə məlumat şirkətin “eFootball” oyununun rəsmi saytında yerləşdirilib.
Qeyd edilib ki, xidmətlərin göstərilməsi 15 iyun 2026-cı il tarixində dayandırılacaq.
Qərar “Metal Gear Solid V” və “Yu-Gi-Oh!” oyunlarına da şamil olunur.
konami rusiya belarus