"Araz-Naxçıvan"ın futbolçusu İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub.
Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Müdafiəçinin 3 gündən sonra xəstəxananı tərk edəcəyi və növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının VIII turunda "Sumqayıt"la oyunda zədələnib.
Mənbə: report.az