Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirini üç mükafatla başa vurublar.
"Report" Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, yarışın son günündə U-15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə bütün rəqiblərini üstələyərək finala yüksəlib.
Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.
Cəfər Almədədli isə U-11 yaş qrupunda bürünc mükafata layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.