IMG-LOGO

“Bavariya”dan yeni REKORD

16 May 2026 21:31 5 baxış
IMG
0 0

Almaniyanın “Bavariya” klubu Avropanın aparıcı beş çempionatında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

APA xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın son turunda “Köln”ü 5:1 hesabı ilə darmadağın edib. Bununla da komanda mövsüm ərzində vurduğu qolların sayını 122-yə çatdırıb.

Əvvəlki rekord 2011/2012 mövsümündə 121 qol vuran Madrid “Real”ına məxsus idi.

Bavariya

Xəbər lenti