IMG-LOGO

"Sabah" basketbol klubu baş məşqçisi Rimas Kurtinaytislə yollarını ayırıb

16 May 2026 18:06 4 baxış
IMG

"Sabah" Basketbol Klubu baş məşqçi Rimas Kurtinaytis ilə yollarını ayırıb.

Bu barədə "Report"a Bakı kollektivinin mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında başa çatıb.

Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.

Qeyd edək ki, "Sabah" Azərbaycan Basketbol Liqasında son 4 mövsümün qalibi olub.

Xəbər lenti