IMG-LOGO

Daniel Karvahal mövsümün sonunda "Real"ı tərk edəcək

16 May 2026 17:25 5 baxış
IMG

"Real"ın (İspaniya) müdafiəçisi və kapitanı Daniel Karvahal mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi 34 yaşlı futbolçunu növbəti mövsüm üçün planlarına daxil etmədikləri barədə artıq məlumatlandırıb.

Təcrübəli müdafiəçi ilə Səudiyyə Ərəbistanı klublarının yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, D.Karvahal "Real"ın yetirməsidir. O, Madrid təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 449 matçda 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti