IMG-LOGO

Gəncədə qadın qeysəriyyə əməliyyatından sonra öldü

01 Apr 2024 09:40 198 baxış
IMG

Gəncədə qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın xəstəxanada ölüb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki Tərtər rayon sakini 31 yaşlı Günel Həsənova martın 27-də əməliyyat edilib. Əməliyyatdan sonra qadının vəziyyəti ağırlaşdığı üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq qadın bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti