"Vanity Fair" jurnalına verdiyi müsahibədə performansına görə tənqid olunan "Real"ın ulduzu Kilian Mbappedən kumiri Kriştiano Ronaldo və klub əfsanəsindən aldığı məsləhətlər barədə soruşulub.
Lent.az-ın xəbərinə görə, o, portuqaliyalı ilə yaxın dost olduğunu və əlaqə saxladığını izah etməklə başlayıb.
"O, artıq mənim dostumdur. Uşaqlıqda sevdiyin insanların səninlə dostlaşması çox gözəldir.
Çox danışdıq və o, Madriddə ilk ilimdə mənə kömək etdi, çünki o, burada oynayıb və yaşayıb.
Bizim əla münasibətlərimiz var və mən bundan çox məmnunam".
İdman xəbərləri