IMG-LOGO

Hakim "penalti" təyin etmədi, baş nazirin ofisini yandırdılar

15 May 2026 12:45 5 baxış
IMG
3 0

Liviyanın paytaxtı Tripolidə futbol oyununda hakim qalmaqalı ilə başlayan genişmiqyaslı iğtişaşlar hökumət binalarına hücumla nəticələnib.

Lent.az xəbər verir ki, zorakılıq dalğası stadionda başlayıb. 11 metrlik cərimə zərbəsi təyin edilməməsinə etiraz edən qəzəbli azarkeşlər meydana daxil olublar. Daha sonra xaos şəhər küçələrinə yayılıb və park edilmiş avtomobillər yandırılıb.

İzdihamı dağıtmaq üçün hərbçilər döyüş patronlarından istifadə etməli olublar. Bu isə ağır toqquşmalara səbəb olub. Atışma zamanı bir əsgər həlak olub, daha yeddi hərbçi yaralanıb.

Nəticədə izdiham hökumət kvartalına daxil olaraq baş nazirin ofisinin yerləşdiyi binanı yandırıb.

İdman xəbərləri

Xəbər lenti