IMG-LOGO

Qurban Yetirmişli: Xəzər dənizində qeydə alınan zəlzələlər katostrofik deyil

15 May 2026 12:59 5 baxış
IMG

Xəzər dənizində qeydə alınan zəlzələlər katostrofik deyil.

"Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aprel ayında Xəzər dənizində baş verən 5.3 maqnitudakı zəlzələ orta güclü zəlzələdir:

"Adətən, bu cür zəlzələlərdən sonra afterşoklar 5-6 ay davam edir. Məsələn, indiyədək 600-800 afterşok qeydə alınıb. Çünki bu cür zəlzələdən sonra ətrafda layların hərəkətləri və parçalanmalar davam edir. Zəlzələlərin, demək olar, heç biri hiss olunmayıb. Halbuki hər gün baş verir. Amma xırda təkanlardır. Güclü, katostrofik zəlzələlər deyil".

Xəbər lenti