IMG-LOGO

BDU və Memarlıq və İnşaat Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

15 May 2026 11:36 3 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

"Report"un məlumatına görə, sənədi BDU-nun rektoru Elçin Babayev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova imzalayıb.

Memorandum BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkil etdiyi "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfrans çərçivəsində imzalanıb.

Konfransın məqsədi davamlı şəhər inkişafında insan kapitalının – təhsil sistemlərinin, tədqiqat potensialının, peşə hazırlığının, institusional bacarıqların və rəqəmsal savadlılığın həlledici rolunu önə çəkməkdir.

Xəbər lenti