IMG-LOGO

Bu rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ

31 Mar 2024 14:42 99 baxış
IMG

Əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Lent.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında da hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 31-i axşam və aprelin 01-i gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-18, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 8-13 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti