IMG-LOGO

Xəzərin sahilində körpə meyiti tapıldı-YENİLƏNİB

31 Mar 2024 14:50 170 baxış
IMG

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Lent.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib.

***

saat 13.08

Xəbərə foto əlavə edilib.

***

saat 12.29

Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin yaş yarımlıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Meyit ərazidən götürülüb.

Fakt araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti