IMG-LOGO

2019-cu ildən sonra ilk dəfə: “Bavariya” “Borussiya”ya uduzdu

31 Mar 2024 14:53 167 baxış
IMG

“Bavariya” 2019-cu ildən sonra ilk dəfə Dortmund “Borussiya”sına məğlub olub. 

Lent.az xarici mediaya istinadən bildirir ki, Münhendə keçirilən Almaniya çempionatının 27-ci turu çərçivəsində keçirilən görüş "Borussiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları hücumçu Kərim Adeyemi və müdafiəçi Yulian Ryuerson vurub.

Beləliklə, 27 oyundan sonra "Bavariya" Almaniya çempionatında 60 xalla ikinci pillədə qərarlaşıb. “Borussiya” 53 xalla dördüncü yerdədir. “Bayer” 73 xalla liderdir.

 

Mənbə: lent.az

Xəbər lenti