Rusiyanın gecə saatlarında Kiyev vilayətinə hücumu nəticəsində 1 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" baş nazirin bərpa məsələləri üzrə müavini - Ukrayna icmalar və ərazilərin inkişafı naziri Aleksey Kulebanın açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, şəhərin müxtəlif rayonlarında yanğınlar və dağıntılar qeydə alınıb. Yaşayış binaları və mülki infrastruktur obyektləri zərbəyə məruz qalıb.
09:37
Rusiya qoşunları Ukraynanın Kiyev vilayətinə hücum edib, 29 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə Kiyevin Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
"Zərərçəkənlərin sayı 29 nəfərə çatıb", - o yazıb.
Onun sözlərinə görə, bütün zərərçəkənlərə ixtisaslı tibbi yardım göstərilir.
Həmçinin o bildirib ki, Darnitski rayonunda evin fasadı zədələnib. Evin həyətyanı sahəsində yanğın baş verib.