IMG-LOGO

Si Cinpin ABŞ və Çin arasında Tayvanla bağlı münaqişə riski barədə xəbərdarlıq edib

14 May 2026 08:27 4 baxış
IMG

Tayvan məsələsinin nizamlanmasına səhv yanaşma Çin və ABŞ arasında birbaşa toqquşmaya səbəb ola bilər.

"Report"un məlumatına görə, Çin Sədri Si Cinpin bunu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı bildirib.

"Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruya biləcək. Əks halda, iki ölkə toqquşacaq və hətta münaqişəyə girəcək", - Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.

Çin Sədri həmçinin qeyd edib ki, adanın müstəqilliyinə can atmaq regionda sülh və sabitliyin qorunması ilə uyğun gəlmir.

Xəbər lenti