IMG-LOGO

Britaniya Ukraynaya verilən hərbi məhsulların əvəzində haubitsaların alınmasını elan edib

14 May 2026 06:18 7 baxış
IMG

Böyük Britaniya hökuməti Ukraynaya göndərilən AS-90 haubitsalarını əvəz etmək üçün 72 ədəd yeni RCH 155 özüyeriyən artilleriya qurğularının alınması üçün təxminən 1 milyard funt sterlinq (1,4 milyard dollar) ayırıb.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat verib.

Haubitsaların istehsalı üçün müqavilə Almaniyanın "Rheinmetall" şirkəti ilə Britaniyanın KNDS birgə müəssisəsi "Artec" şirkətinə verilib.

Qeyd olunur ki, layihənin reallaşmasında şirkətlərin Telford və Stokportdakı zavodları iştirak edəcək.

Britaniya Ordusuna məsafədən idarə olunan haubitsaların ilk tədarükü 2028-ci ildə gözlənilir.

Xəbər lenti