IMG-LOGO

Rubio: ABŞ Çini İran üzərində təsir göstərəcəyinə ümid edir

14 May 2026 05:53 7 baxış
IMG

ABŞ administrasiyası Çini Yaxın Şərqdəki münaqişəni həll etmək və Fars körfəzində vəziyyəti sabitləşdirmək üçün İrana təsir göstərməyə inandıracağına ümid edir.

"Report"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu "Fox News" telekanalına müsahibəsində bildirib.

"Bunu həll etmək onların marağındadır. Biz onları İranı hazırda Fars körfəzində etdikləri və etməyə çalışdıqları işlərdən əl çəkməyə məcbur etməkdə daha fəal rol oynamağa inandırmağa ümid bəsləyirik", - o deyib.

M.Rubionun sözlərinə görə, Çin gəmiləri hazırda "Fars körfəzində ilişib qalıb".

Dövlət katibi həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişə regiondan enerji təchizatından asılı olan Asiya üçün qeyri-sabitlik riski daşıyır.

Xəbər lenti