IMG-LOGO

ABŞ Polşaya 4 min nəfərdən çox hərbçi göndərmək planını ləğv edib

14 May 2026 02:45 3 baxış
IMG

ABŞ Ordusu Polşaya 4 min nəfərdən çox hərbi qulluqçu göndərmək planını ləğv edib.

"Report" xəbər verir ki, bu barədə "Defense News" ABŞ Ordusunun adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Söhbət 1-ci süvari diviziyanın 2-ci zirehli briqadasından, müvafiq avadanlıq və silahlardan gedir.

Nəşrin məlumatına görə, mənbə qərarın səbəbini açıqlamayıb.

Xəbər lenti