ABŞ Senatı Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə təsdiqləyib və o, dörd il bu vəzifəni icra edəcək.
"Report"un ABŞ mətbuatına istinadən məlumatına görə, 54 senator onun lehinə, 45 senator əleyhinə səs verib.
Nümayəndələr Palatasının Bank Komitəsi onun namizədliyini aprelin sonlarında təsdiqləyib.
Qeyd edək ki, Cerom Pauellin FES sədri vəzifəsində səlahiyyət müddəti mayın 15-də başa çatır, lakin o, 2028-ci ilə qədər FES-in İdarə Heyətində qala bilər. ABŞ Prezidenti Donald Tramp əvvəllər hazırkı FES sədrindən faiz dərəcələrinin yavaş tempinə görə narazılığını bildirib.
K.Uorş 2006-2011-ci illərdə FES-in İdarə Heyətində çalışıb və 35 yaşında Şuraya qoşulub. O, həmin dövrdə FES-in idarəetmə orqanının ən gənc üzvü olub.