IMG-LOGO

Vens: ABŞ İranla danışıqlarda müəyyən irəliləyiş görür

14 May 2026 00:37 7 baxış
IMG

ABŞ İranla məhsuldar danışıqlar aparmağa çalışır və müəyyən irəliləyiş müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərlə söhbətində bildirib.

"Biz məhsuldar dialoq (İranla - red.) aparmağa çalışırıq. Hesab edirəm ki, nəticələr əldə olunur", - o qeyd edib.

Vens həmçinin bildirib ki, Vaşinqton İrana münasibətdə həm diplomatik, həm də hərbi addımlar atmaq imkanını nəzərdən keçirir.

"Mən Prezidentlə (ABŞ Prezidenti Donald Trampla - red.) razıyam ki, İran nüvə silahı əldə etməməlidir. Təbii, biz bunun baş verməməsinə nail olmaq məqsədilə çox aqressiv diplomatik prosesə cəlb olunmuşuq. Prezidentin çoxlu fəaliyyət variantları var. O, dəfələrlə deyib ki, diplomatik fəaliyyət variantları da var, hərbi variantlar da", - vitse-prezident vurğulayıb.

Xəbər lenti