IMG-LOGO

Azərbaycan güləşçisi Əli Cavadlı U-17 Avropa çempionatında qızıl medal qazanıb

13 May 2026 22:08 3 baxış
IMG

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ə.Cavadlı üçüncü yarış günündə finalda rusiyalı Umar Boqatıryova heç bir şans tanımayıb. Həmyerlimiz görüşün taleyini ilk hissədə həll edib. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Ə.Cavadlı Avropa çempionu olub.

Hüseyn Mustafazadə (51 kq) təsəlliverici görüşdə isveçrəli Tristan Berneti (9:0), bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Elmir Çərkəzov (60 kq) ilk təsəlliverici görüşdə avstriyalı Lionel Vinteri üstələsə (9:0) də, ikinci təsəlliverici görüşdə moldovalı Vlad Duminikaya uduzub – 0:8.

Zöhrab Səfərov (92 kq) isə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medalı boynundan asıb.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi millisi qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığma komanda hesabında Avropa üçüncüsü olub.

Xəbər lenti