IMG-LOGO

Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib

13 May 2026 22:17 3 baxış
IMG

Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam Komitəsi təsis edilib.

"Report" xəbər verir ki, AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə 5 nəfər üzvdən ibarət tərkibdə formalaşdırılan Etika və İntizam Komitəsinin ilk iclası keçirilib.

İclasda komitənin sədri Hüseyn Əliyev (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis), üzvlər – Həsənağa Rzayev (MOK-un İdman idarəsinin müdiri), Xəzər İsayev (MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri), Firdovsi Umudov (Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi) və Əlibaba Əliyev (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Komitənin katibi), eləcə də AGF-nin Baş Katibi Pərvin Piriyev iştirak edib.

Toplantıda AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş Etika Məcəlləsi, Komitənin Əsasnaməsi və İntizam və Mübahisələrin Həlli Qaydaları müzakirə olunub, həmin daxili sənədlərin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin komitənin gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

Dörd illik müddətə seçilmiş komitənin əsas vəzifələri qeyri-etik davranışların qiymətləndirilməsi, preventiv tədbirlərin təşkili, maarifləndirici təşəbbüslərin reallaşdırılması, ədalətli oyun (Fair Play) və etik prinsiplərə nəzarət, "Safeguarding" (şəxsiyyətin qorunması) məsələlərinə nəzarət, sanksiyalar barədə qərarların qəbul edilməsindən ibarətdir.

Xəbər lenti