IMG-LOGO

"Bavariya" Entoni Qordonun transferi ilə bağlı irəliləyişə nail olub

13 May 2026 17:54 3 baxış
IMG

Almaniyanın "Bavariya" klubu İngiltərənin "Nyukasl" komandasının hücumçusu Entoni Qordonun transferi ilə bağlı irəliləyişə nail olub.

"Report" "GiveMeSport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib.

Lakin tərəflər arasında transfer məbləği ilə bağlı hələlik razılıq yoxdur. Bildirilir ki, "sağsağanlar" futbolçu üçün 75 milyon funt sterlinqdən artıq məbləğ tələb edir.

Entoni Qordon cari mövsümdə "Nyukasl"ın heyətində bütün turnirlərdə 46 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti