IMG-LOGO

ABŞ İraq millisinin beş futbolçusuna viza verməkdən imtina edib

13 May 2026 15:44 5 baxış
IMG

ABŞ bu yay keçiriləcək dünya çempionatında iştirak edəcək İraq millisinin beş oyunçusuna viza verməkdən imtina edib.

"Report" "Shafaq News"a İraq Futbol Federasiyasının üzvü Qalib əl-Zameli bildirib.

Yığma üzvlərindən İbrahim Bayeş, Mohanad Ali, Zaid Tahsin, Hayder Abdulkərim və Ali Al-Hamadiyə viza verilməyib. İmtinanın səbəbləri məlum deyil. İraq tərəfi vəziyyətin həlli yolunu tapmaq üçün FIFA ilə əlaqə saxlayıb.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Xəbər lenti