Bu il üç Azərbaycan filminin yenidən rəngləndirilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov Bakıda keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi" adlı panel sessiyasında deyib.
Onun sözlərinə görə, "O olmasın, bu olsun", "Bəxtiyar" və "Yaramaz" filmlərinin bu il son texnoloji avadanlıqlar vasitəsilə rəngləndirilməsi planlaşdırılıb.