Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkil olunacağına şübhə yoxdur.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.
Onun sözlərinə görə, BDU-nun tələbələri bu mötəbər tədbirdə aktiv iştirak edəcəklər:
"COP29-da gənclərin fəallığına şahid olduq. Gənclərimizin eyni performansı WUF13-də də göstərəcəyindən əminik. Bu cür tədbirlərdə BDU-nun tələbələri həmişə aktiv olub".
Ə.Ağamirzəyev əlavə edib ki, WUF13-də keçiriləcək tədbirlər çərçivəsində gənclər üçün yeni platformalarda işləmək, bacarıqlarını inkişaf etdirmək imkanları da yaradılacaq.