IMG-LOGO

"Marsel" klubu yeni baş məşqçi axtarışlarına başlayıb

13 May 2026 11:58 4 baxış
IMG

Fransanın "Marsel" klubu yeni baş məşqçi axtarışlarına başlayıb.

"Report" xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilib ki, hazırkı baş məşqçi Habib Beyenin qarşısında iki vəzifə qoyulub - komandanı UEFA Çempionlar Liqasına çıxarmaq və Fransa Kubokunda finala yüksəlmək. Amma 48 yaşlı seneqallı mütəxəssis hər iki tapşırığın öhdəsindən gələ bilməyib.

Habib Beye "Marsel"də 2026-cı ilin fevralından işləyir. Onun müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. Baş məşqçi postuna namizədlərin qısa siyahısına Bryuno Jenezyo ("Lill"), Kristof Qaltye ("Neom") və Adi Hyutter (2025-ci ilin payızında "Monako"nu tərk edib) daxil edilib.

Qeyd edək ki, "Marsel" 33 oyundan sonra 56 xalla Fransa çempionatının turnir cədvəlində altıncı yerdə qərarlaşıb.

Xəbər lenti