Bu gün futbol üzrə Azərbaycan Kubokunun final matçı baş tutacaq.
"Report"un məlumatına görə, Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə münasibətləri aydınlaşdıracaq.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da, "Palms Sports Arena"da start götürəcək.
Azərbaycan Kuboku
Final
13 may
20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.
VAR: Tural Qurbanov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Palms Sports Arena