IMG-LOGO

"Real Madrid"in prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək

12 May 2026 21:32 2 baxış
IMG

İspaniyanın futbol klubu "Real Madrid"in prezidenti Florentino Peres klubun rəhbər vəzifəsinə vaxtından əvvəl seçkilərinin keçiriləcəyini elan edib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, F. Peres bunu mətbuat konfransında açıqlayıb.

"Bağışlayın, amma mən istefaya getmək niyyətində deyiləm. Mən yeni seçkilər çağırıram, çünki "Real Madrid" öz üzvlərinə məxsusdur və onlar qərar verməlidirlər. Qoy başqa insanlar namizədliklərini irəli sürsünlər, proqramlarını təqdim etsinlər. Məni tənqid edən hər kəs bu seçkilərdə iştirak edə bilər", - Peres bəyan edib.

Daha əvvəl klub prezidentinin 2029-cu ildə seçilməsi planlaşdırılırdı.

Xəbər lenti