"Zirə" Azərbaycan Kubokunun finalında hansı komandaya qarşı mübarizə aparacağını bilir.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis azarkeşləri sabahkı matçda maraqlı qarşılaşmanın gözlədiyini bildirib:
"Sabah" önəmli görüşə çıxacağıq. Düşünürəm ki, oyuna yaxşı hazırlaşa bildik. Sabah 40 günün tamamında 9-cu matçımızı keçirəcəyik. Hər biri də bir-birindən gərgin qarşılaşmalar olub. Qarşımızda hansı komandanın olduğunu bilirik, "Sabah" son ölkə çempionudur".
O, final görüşündə bəzi klubların "Sabah"ın qələbəsini gözlədiyini bildirib:
"Qalib gəlsək "Neftçi" mövsümü dördüncü sırada bitirsə də avrokuboklara gedə bilməyəcək. Bundan başqa, "Sabah" qələbə qazansa "Turan Tovuz" Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Finalda uduzmağımız digər klublara sərf edir. Yəqin ki, mən də onların yerində olsaydım, sabahkı matçda "Sabah"ın qələbəsini gözləyərdim. Lakin biz öz oyunumuza baxmalıyıq. "Zirə"yə qarşı çox vacib oyuna çıxacağıq".
R.Sadıqov sabahkı matçda böyük dəyişiliklərin olmayacağını söyləyib:
"Oyunöncəsi mətbuat konfransında bəzi şeyləri açıqlamaq olmur. Amma sürpriz bir şey olmayacaq. İlk dəqiqələrdə qol vurub üstünlü ələ almağa çalışacağıq. Sabah bizim də müəyyən planlarımız var. İstəyirəm baxımlı oyuna şahidlik edək".
Qeyd edək ki, "Sabah" - "Zirə" görüşü mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.