IMG-LOGO

Evdən çıxmazdan əvvəl niyə hamamın şəklini çəkməlisiniz? - 6 vacib SƏBƏB

12 May 2026 15:02 3 baxış
IMG
0 0

Evdən çıxmazdan əvvəl hamam otağının şəklini çəkmək ilk baxışda mənasız görünsə də, bu sadə vərdiş vaxtınıza, əsəblərinizə və hətta pulunuza qənaət edə bilər. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cəmi bir neçə saniyə çəkən bu addım stressi azaltmağa, qəzalardan qorunmağa və gündəlik həyatı daha yaxşı təşkil etməyə kömək edir.

Mütəxəssislər bildirirlər ki, bu vərdiş insanı sakitləşdirir. Məsələn, evdən çıxarkən fen və ya digər elektrik cihazını söndürüb-söndürmədiyinizə əmin deyilsinizsə, telefondakı şəkil sizə vizual sübut təqdim edir və narahatlığınızı aradan qaldırır. Bu, gün boyu boş yerə stres keçirməyin qarşısını alır.

Bundan əlavə, şəkil enerji və suya qənaət etməyə də kömək edir. Şəkildə işıqların və kranların bağlı olduğunu görmək həm təhlükəsizlik baxımından vacibdir, həm də əlavə xərclərin qarşısını alır.

Bu vərdiş eyni zamanda mümkün qəzaların qarşısını almağa kömək edir. Hamamda açıq qalan elektrik cihazları yanğın riski yarada bilər, açıq qalan kran isə su itkisinə və hətta evin su basmasına səbəb ola bilər. Şəkil çəkmək çıxmazdan əvvəl bu detalları yoxlamağa sizi məcbur edir.

Fövqəladə hallarda da bu şəkillər faydalı ola bilər. Hər hansı zədələnmə baş verərsə, son vəziyyəti göstərən fotolar sığorta və ya təmir qiymətləndirməsində işə yaraya bilər.

Səyahətə hazırlaşarkən isə hamamın şəkli bir növ yaddaş siyahısı kimi çıxış edir. Açıq rəflərdə və ya stolun üzərində qalan əşyaları görərək nələri götürməli olduğunuzu xatırlaya bilərsiniz.

Alış-veriş zamanı da bu üsul faydalıdır. Şəkilə baxaraq şampun, sabun və ya tualet kağızının azalıb-azalmadığını asanlıqla müəyyən etmək mümkündür və beləliklə yaddaşa güvənmək lazım olmur.

Mütəxəssislər qeyd edir ki, bu vərdiş nizam-intizamı da artırır. Müntəzəm olaraq çəkilən şəkillər vasitəsilə hamamın nə vaxt təmizləndiyini və ya səliqəyə salındığını izləmək mümkün olur.

Effektiv şəkil çəkmək üçün əsas diqqət lavabonun, duşun, elektrik prizlərinin və isitmə cihazlarının olduğu sahələrə yönəldilməlidir. Şəklin aydın olması üçün yaxşı işıqlandırma vacibdir və hər dəfə eyni bucaqdan çəkilməsi sonradan müqayisəni asanlaşdırır. Rahat istifadə üçün isə bu şəkilləri telefonda ayrıca albomda saxlamaq tövsiyə olunur.

ev hamam otağı

Xəbər lenti